Formula 1 həyəcanı sona yetmək üzrədir


18:02     25 Noyabr 2018 formula_1_grand_prix-1510047.jpg

2018-ci il Formula 1 üzrə Dünya çempionatı sona yetmək üzrədir. Çempionatın sonuncu mərhələsi - Abu Dabi Qran Prisi noyabrın 23-də başlayıb və bu gün sona yetir.

Femida.az xəbər verir ki, noyabrın 24-də Formula 1 pilotları təsnifat turuna çıxıblar. Təsnifat yarışında poulu "Mercedes" komandasının pilotu Luis Həmilton qazanıb.

Qeyd edək ki, bu, Luisin mövsüm ərzində 11-ci pouludur. Ondan sonra finişə iknci yerdə "Mercedes"dən Valtteri Bottas, 3-cü isə "Ferrari"dən Sebastyan Fettel çatıb.

Xatıradaq ki, il ərzində keçirilən mərhələlərin nəticələrinə görə, artıq çempion və 2-ci yerin qalibi bəlli olduğundan Abu Dabi Qran Prisi idmançılar üçün yalnız prinsipial xarakter daşıyır, lakin yekun nəticələrinə ciddi təsir etməyəcək. Belə ki, çempionun 383 xalla Luis Həmilton, 2-ci yerin sahibinin isə 302 xalla "Ferrari"dən Sebastyan Fettelin olduğu bəllidir. Abu Dabi Qran prisi isə 3-cü yerin sahibinin adına aydınlıq gətirəcək. 3-cü yerin qalibi olma Kimi Raykkonen daha yaxındır. Onun 251 xalı var. Lakin "Mercedes"dən Valtteri Bottas və "Red Bull"dan Maks Ferstappen ona başağrı ola bilər. Onların müvafiq olaraq 237 və 234 xalları var.

Femida.az

Açar sözlər:

Oxunub: 394