Avropa İttifaqı ilə əlaqələr müzakirə olunub
20:02 26 Noyabr 2018
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə çox yaxşı əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən Səməd Seyidov ölkəmizdə Avropa Parlamenti ilə əlaqələrə önəm verildiyini bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan Avropanın tərəfdaşı olmaqla yanaşı, qitənin problemlərinin həllinə kömək göstərməyə qadir ölkədir. “Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlar tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır. Ölkəmiz Avropa ölkələri, o cümlədən Böyük Britaniya ilə yaxşı əlaqələrə malikdir”,- deyə Səməd Seyidov vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Səməd Seyidov diqqətə çatdırıb ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Cənubi Qafqaz bölgəsində sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.
Sonra görüşdə deputat Asim Mollazadə fikirlərini bölüşərək hazırda dünya siyasətində baş verən hadisələrə, münaqişə bölgələrindəki vəziyyətə toxunub. Bildirib ki, Azərbaycan regionda təhlükəsizliyin qorunmasına və Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir.
Söhbət zamanı Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordeni maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 301
Oxşar xəbərlər
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Avropada təbii qazın qiyməti yüksəlib
- Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb
- Avropa İttifaqı Şurasının Prezidenti Kiyevdə səfərdədir
- Avropada qazın qiyməti kəskin ucuzlaşıb
- Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır