Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM


19:02     27 Noyabr 2018 345135_456625serencam.jpg


Prezident İlham Əliyev bir sıra şəxsləri təltif edib. Femida.az həmin sərəncamları diqqətinizə çatdırır:

Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, M.Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır və noyabrın 28-də 60 yaşı tamam olacaq.

**

Solmaz Əli qızı Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adı verilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

**

Rəhim oğlu Rəhimli “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə təltif olunub.

Açar sözlər: #prezident   #sərəncam  

Oxunub: 696