Pakistanda güclü patlayış: 7 ölü


23:15     14 Oktyabr 2015 815486_422091.jpg


Pakistan deputatının qərargahında baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 13 insan isə yaralanıb.Femida.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış hazırki baş nazir Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlman Liqasından olan deputat Sərdar Amcad Faruk Xan Xosanın Pəncab əyalətinin Dera Qazi Xan şəhərindəki ofisində yanğına səbəb olub. Millət vəkili partlayış zamanı ofisdə olmadığı üçün xəsarət almayıb.
"Yeddi nəfər ölüb, 13 insan isə yaralanıb. Xəsarət alanlar Tauns şəhər xəstəxanasına yerləşdiriliblər", - yerli polis rəisi Xan Qulam Mubassir Maken bildirib.

Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər briqadaları işləyir. Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb.
Partlayışa görə məsuliyyəti Pakistanın "Taliban" hərəkatı üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 832