2019-cu ilin dövlət büdcəsi qəbul edildi


12:25     30 Noyabr 2018 1442822061_milli-meclis.jpg


Azərbaycanın "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü - yekun oxunuşda müzakirəyə çıxarılıb.

Femida.az xəbər verir ki, büdcə müzakirələrdən sonra qəbul olunub.

Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsrini 2 022 mln. manat səviyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 926