Evə basqın etdilər - Sahibəni döyüb bıçaqladılar
18:49 03 Dekabr 2018
Lənkəranda evə basqın edilib.
Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Şeydəkəran kəndində baş verib.
Naməlum şəxs dekabrın 1-də gecə saat 01 radələrində kənd sakini Ağayeva Əfiqə Rzalı qızının evinə basqın edib. Ev sahibəsi səsə oyanıb və səs gələn tərəfə gedib. Bu vaxt naməlum şəxs ona hücum edərək yerə yıxıb.
Daha sonra naməlum şəxs qadına bıçaqla zərbələr endirərək ona zorakılıq tətbiq edib və evdə olan 57 manat, eləcə də qızıl üzüyü götürüb hadisə yerindən qaçıb.
Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-ci (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb və evə basqın edən şəxsin tutulması istiqamətində axtarış aparılır.
Femida.az
Oxunub: 456
Oxşar xəbərlər
- Evə çağrılan “Təcili yardım” həkimi döyüldü - Bakıda ŞOK
- Evə basqın edən dəstəyə 17 il həbs cəzası verildi
- Evə maskalı basqın edən şəxslərə hökm oxunub
- Evə oğurluğa girdi, sahibi ilə qarşılaşdı - Bıçaqlanma
- Evə gizli kamera quraşdıran kişi görüntüləri polisə göndərdi -VİDEO
- Evə girən oğrunun məhkəmədə səmimi etirafı hakimi təəccübləndirdi
- Evə basqın etmişdilər - Cinayətkarın biri də tutuldu
- Evə sifariş gətirənlər cinayətkar çıxdı - Yaşlı qadının YAŞADIĞI DƏHŞƏTLİ ANLAR
- Evə basqın edib qadının əllərini bağlayıb... - Abşeronda CİNAYƏT
- Evə gedərkən yolda bıçaqlandı - Bakıda