Şəhid qardaşının şikayəti təmin edildi - 11 manatı alacaq
16:34 05 Dekabr 2018
Şəhid hərbi qulluqçu Tahir Xasməmmədovun qardaşı Qazax rayon sakini Firuz Xasməmmədovun birdəfəlik ödəməni (11 min manat) ala bilməməsi ilə bağlı bir neçə saytda yayılan şikayəti nazirlik tərəfindən araşdırılıb.
Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.
Bildirib ki, aidiyyəti notariat kontoru tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə məlumat ötürülən zaman sistem test rejimində fəaliyyət göstərdiyindən müvafiq sənədlər Nazirliyə daxil olmayıb.
"Vətəndaşın müraciətindən sonra aidiyyəti notariat kontoru ilə danışıqlar aparılıb və sənədlərin yenidən göndərilməsi təmin edilib. Belə ki, noyabrın 29-da şəhidimizin vərəsəsinin sənədləri nazirliyə daxil olub və aidiyyəti üzrə işçi qrupu tərəfindən baxılmaqdadır. Sənədlərin tamlığı təsdiq edildikdən sonra vərəsənin birdəfəlik ödəməni almaq hüququndan istifadə etməsi barədə sms vasitəsilə özünə məlumat veriləcək və ödəməni alacaq" -, deyə ƏƏSMN rəsmisi vurğulayıb.
Femida.az
Oxunub: 752
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO