Vüsal Hüseynov 110-dən çox əcnəbini qəbul edib


14:51     08 Dekabr 2018 vusal%20huseynov.jpg

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun növbəti vətəndaş qəbulu keçirilib.

Xidmətdən Femida.az-a verilən xəbərə görə, qəbulda 110-dən çox vətəndaşın, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin müraciətinə baxılıb. Qəbula gələnlərin müraciəti əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlığa qəbul, vətəndaşlıq mənsubiyyətinin araşdırılması, məhdudiyyətin götürülməsi və işə qəbulla bağlı olub.

Xidmət rəisi Vüsal Hüseynov hər bir müraciəti dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


Femida.az

Açar sözlər:

Oxunub: 380