Beyləqanda yanğın: yaralanan var


09:14     12 Dekabr 2018 yangin_38673636.jpg

Beyləqanda 2 otaqlı ev yanıb.



FHN-dən Femida.az-a verilən məlumata görə, rayonun Əlinəzərli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 377