Hüquqşünasdan əhaliyə TƏCİLİ MÜRACİƏT: Qanun dəyişdi, böyük miqdarda CƏRİMƏ oluna bilərsiniz!

Hüquqşünasdan əhaliyə TƏCİLİ MÜRACİƏT: Qanun dəyişdi, böyük miqdarda CƏRİMƏ oluna bilərsiniz!


12:59     12 Dekabr 2018 2018/12/n-169_1544605916.jpg

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində ciddi dəyişikliklər edilib. Yeni dəyişikliklərdən cəmiyyətin böyük hissəsi xəbərsiz olduğundan gözlənilməz cərimələrlə qarşılaşa bilərsiniz.


Femida.az yeni dəyişikliklərin şərh edilməsi məqsədi ilə hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlovla əlaqə saxlayıb.Hüquqşünasın sözlərinə görə, qeyd olunan dəyişiklik çoxdan gözlənilən idi və xüsusilə gəncliyin sağlam mühitdə böyüməsinə yüksək təsir göstərəcək. Hüquqşünas yeni dəyişikliklərlə bağlı cərimələrin qüvvəyə mindiyini və əhalinin diqqətli olmalarını diqqətə çatdırıb.






Aşağıdakı hallara görə cərimə edilə bilərsiniz:


1. Avtomobillərdə (hərəkət zamanı və dayandığı yerdə) siqaret çəkən sürücülər (avtobus və taksi sürücüləri daxil olmaqla) və sərnişinlərə;
2. Qadağan edilən yerlərdə ( o cümlədən, qapalılar- çayxana, kafe, restoran, şadlıq evləri, mərasim evləri, binaların dəhlizləri, iclas salonları və s.) tütün məmulatlarından istifadə edənlərə;
3. Qadağan edilmiş yerlərdə tütün çəkilməsinin qarşısını almayan vəzifəli şəxslər və hüquqi şəxslərə;
4. Yetkinlik yaşına çatmayanlara tütün məmulatına asan çatımlığı təmin edənlərə və cəlb edənlərə çox yüksək (50-1200 manatadək)
cərimələrin tətbiqi nəzərdə tutulur.

Bəs cərimələrdən yaxa qurtarmaq üçün nə etməli?


Nicat Gözəlovun sözlərinə görə, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Əgər, sənəddə qanunvericilikdə göstərilən yaş həddindən aşağı yaşda müştəridirsə, ona tütün məmulatlarını satmaqdan imtina etməlidir.


Miri Məcidli
Femida.az




Açar sözlər: #Qanun   #Məcəllə   #hüquqşünas   #hüquqi_yardım   #femida   #video   #Xəbərlər  

Oxunub: 4210