Elmar Məmmədyarov braziliyalı səfirlə vidalaşdı
21:33 12 Dekabr 2018
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Braziliya arasındakı ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Səfir Santyaqo Luis Bento Fernandes Alkasar diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Femida.az
Oxunub: 473
Oxşar xəbərlər
- Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı
- Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
- Elmar Məmmədyarov DTX-yə müraciət etdi
- Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşəcək
- Elmar Məmmədyarov avstriyalı nazirlə görüşüb
- Elmar Məmmədyarov Polşanın yeni səfiri ilə görüşüb
- Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü başladı
- Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb