Ən etibarlı avtomobillər bunlardır
20:05 15 Dekabr 2018
"Toyota" konserninin avtomobilləri dünyanın ən etibarlı avtomobilləri adına laiq görülüb.
Femida.az Trend-ə istinadən bildirir ki, müvafiq reytinqi ABŞ-ın "CarMD" şirklətinin ekspertləri dərc edib.
Mütəxəssislər son 22 ildə istehsal olunan 5,6 milyon avtomobilin göstəricilərini analiz ediblər və hər marka üzrə mühərrikdə yaşanan probləmləri nəzərdən keçiriblər. Nəticə etibarı ilə, "Toyota" mühərrikləri ən yaxşı nəticə göstərib və ən "dözümlü" adına laiq görülüblər.
Reytinqdə ikinci yeri "Acura", üçüncü yeri isə "Hyundai" tutub. İlk beşliyə həmçinin "Honda" və "Mitsubishi" avtomobilləri də daxil olub. Ekspertlər həmçinin "Subaru", Buick", "Mercedes-Benz", "Lexus" və "Nissan" avtomobilərini də qeyd ediblər.
Femida.az
Oxunub: 795
Oxşar xəbərlər
- Ən çox maliyyə nöqsanına yol verən dövlət qurumlarının siyahısı AÇIQLANDI
- Ən yüksək iqtisadi artım bu sahələrdə olacaq – RƏSMİ
- Ən çox hansı telekanallara baxılıb?
- Ən aktiv və passiv seçki dairələri bunlardır
- Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
- Əncir yığmaq üçün bağa icazəsiz girdi, yıxılıb xəsarət aldı
- Ən güclü külək Bakıda və Sumqayıtda əsib - FAKTİKİ HAVA
- Ən qədim insanların 500 min il əvvəl Naxçıvanda yaşadıqları təsdiqləndi
- Ən təhlükəsiz şəhərlər
- Ən yüksək balı o topladı