Qarabağda erməni hərbçilər minaya düşdü: 2 yaralı


10:16     17 Dekabr 2018 ermeni%20esger%20mehvv.jpg

Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır vəziyyətdə işğal altında olan Xankəndindən İrəvandakı “Muratsan” hərbi hospitalına təxliyyə edilib.



Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı hərbi hospitaldan da təsdiqləyiblər. Hər iki yaralı erməni hərbi qulluqçusunun vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılardan biri mina partlaması, digəri isə odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Hərbi qulluqçulardan birinin qarın nahiyyəsində, digərinin sifət nahiyyəsində xəsarətləri var və onun sol daban hissəsi amputasiya edilib.

Ermənistan Müdafiə Nazirliyinə aid olan mənbə də hərbi qulluqçuların mina partlayışından xəsarət aldıqlarını təsdiqləyib.

Əldə edilən məlumata görə, hadisə bir neçə gün öncə baş verib.

Açar sözlər:

Oxunub: 626