Dəhşətli avtobus qəzası - FOTOLAR


17:32     05 Aprel 2015 cinnnn1.jpg

Çində sərnişin avtobusunun uçurumdan aşması nəticəsində 21 nəfər həlak olub.


Femida.az-ın məlumatına görə, hadisə Quyçjou əyalətinin Bisze şəhərində baş verib. Dəhşətli qəza barədə xəbəri və görüntüləri Çinin Sinxua agentliyi yayıb.

Hadisə şənbə günü axşam baş verib. İlkin məlumatlara görə avtobus sürücünün idarəetməni itirməyi nəticəsində baş verib, avtobus dağ yolundan qırağa çıxaraq dərəyə aşıb. Nəticədə 21 sərnişin həyatını itirib.

Hadisə yerinə gələn xilasedicilər yaralıları və meyitləri çox çətinliklə dırıdın çıxarıblar.

Qeyd olunur ki, avtobusun qəzaya düşdüyü yol iri qabaritli nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmayıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. (ans press)


Femida.az

Açar sözlər:

Oxunub: 753