AQTA sədri Şamaxıda vətəndaşlarla görüşdü


18:06     20 Dekabr 2018 2018/12/Şamaxı-səfər3_1545312480.jpeg


Dekabrın 20-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şamaxı şəhərində olub.

Femida.az xəbər verir ki, səfər çərçivəsində hazırda inşası davam edən Şamaxı Regional Bölməsinin inzibati binası və Şamaxı Regional Sınaq Laboratoriyası ərazisinə baxış keçirilib.

Q. Təhməzli Şamaxı şəhər icra hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən vətəndaşlarla görüşüb. Görüşdə Şamaxı, Ağsu, Göyçay, Kürdəmir və İsmayıllı rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitututunda işləmək üçün müraciət edən iddiaçılar iştirak edib. Hüquqşünaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika, tibbi profilaktika, fitosanitariya, aqronomluq, zootexnik, kimya, biokimya, biologiya, mikrobiologiya, İstehlak mallarının ekspertizası ixtisasları üzrə ali təhsili olan və işə qəbul üçün müraciət edən vətəndaşlarla fərdi qaydada söhbət aparılıb.



Agentliyin sədri vətəndaşların müraciətlərini və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Sədr görüş zamanı dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.

Femida.az

Açar sözlər: AQTA   qida   Şamaxı  

Oxunub: 968