Vəhşi heyvanlar 59 yaşlı kişini yaşadığı evdə parçaladı - Daşkəsəndə


18:11     20 Dekabr 2018 18_12_20_1545313112.jpg


Daşkəsən rayonunda fərdi yaşayış evində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb.

Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan ahıl kişinin tanınmaz halda olan meyiti yaşadığı evdə aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinə yerləşdirilib. Məlum olub ki, kişinin baş və bədəninin müxtəlif nahiyələri vəhşi heyvanlar tərəfindən parçalanıb. Meyitin baş nahiyəsi tamamilə parçalandığı üçün yaşlı kişinin şəxsiyyətini müəyyən etmək vaxt alıb. həmin şəxs rayonun Almalı kənd sakini, 1959-cu il təvəllüdlü Bəndər Quliyevdir.

Kənd sakinlərinin bildirdiyinə görə, B.Quliyev tənha yaşayan və xəstəlikdən əziyyət çəkən biri olub.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 794