Azərbaycanlı hakimin xəstə uşağı üçün yığılan pul oğurlandı


18:30     20 Dekabr 2018 18_12_20_1545313336.jpg


Azərbaycanlı hakim İnqilab Məmmədov soyğunçuların qurbanı olub.

Femida.az futbol11.az-a istinadən xəbər verir ki, referinin xəstəlikdən əziyyət çəkən 2 yaşlı övladı üçün topladığı pulları evindən qarətçilər oğurlayıblar. Dələduzlar evə mətbəxdən soxularaq 9500 dollar və 6500 manatı oğurlayıblar.

İnqilab Məmmədovun qızı Nərgiz Məmmədova əzələ əriməsindən əziyyət çəkir. Müalicəsi xaricdə olan xəstəlik üçün yardımsevər insanlar da referiyə kömək olmuşdular. Naməlum şəxslər evdən qızıl-zinət əşyalarını aparmayıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Femida.az

Açar sözlər: #pul   #hakim   #oğurluq  

Oxunub: 600