İordaniya kralı və TURKSOY-un prezidenti İlham Əliyevi təbrik etdi


18:00     22 Dekabr 2018 prezident1_1500905288.jpg


İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".

***

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevi doğum günün münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Beynəlxalq TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası durmadan inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 477