İordaniya Azərbaycana yeni səfir təyin edib


14:51     04 Noyabr 2019 2019/11/Sami--1572861299_1572864930.jpg

İordaniya Haşimilər Krallığı Azərbaycana yeni səfir təyin edib.


Femida.az-ın məlumatına görə, yeni səfir Sami Qoşehdir. O, artıq Bakıya gəlib. Diplomat yaxın günlərdə etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, İordaniyanın Azərbaycanda əvvəlki səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehin diplomatik missiyası bu ilin iyul ayında başa çatıb.

Femida.az

Açar sözlər: #İordaniya   #Azərbaycan  

Oxunub: 487