Qarabağa gedən şəxs “qara siyahı”dan çıxarıldı
16:15 26 Dekabr 2018
Amerika Birləşmiş Ştatlarının vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru, Sergey Konoplyov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, məktubunda Sergey Konoplyov Azərbaycanın razılığı olmadan 2012-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazır. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayır.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Sergey Konoplyov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edir.
O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini və gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayır.
Həmçinin Sergey Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edir.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- Qarabağa icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb
- Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI
- Qarabağa qayıdış bu kəndlərdən başlayacaq (SİYAHI)
- Qarabağa qayıdışla bağlı sorğu keçirildi - NƏTİCƏLƏR
- Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır
- Qarabağa investisiya qoymaq üçün 90-a yaxın sahibkar müraciət edib
- Qarabağa avtobus reysləri açılacaq
- Qarabağa qayıtmayanlar köçkün statusunu itirəcək - RƏSMİ
- Qarabağa yeni hərbi prokuror təyin edildi
- Qarabağa səyahət etmək istəyən əcnəbilərə XƏBƏRDARLIQ