Transformator oğurlamaq istəyən şəxslər saxlanılıb


12:58     03 Yanvar 2019 19_01_03_1546505922.jpg

Yanvarın 2-də Xətai rayonu Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında quraşdırılmış “drossel” transformatorunu sökərək oğurlamağa cəhd göstərən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Allahquliyev Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Femida.az DİN-in saytına istinadən xəbər verir ki, hadisə yerini tərk etmiş, əvvəllər məhkum olunmuş Nizami Əlləzov və Bakı şəhər sakini Füzuli Əlləzov isə Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq YNPİ-yə təhvil veriliblər.

Açar sözlər:

Oxunub: 286