Qonşusunun tövləsini yandıran şəxs saxlanıldı


16:13     03 Yanvar 2019 2019/01/yangi-1546516675_1546517691.jpg

Masallıda həmkəndlisinə məxsus tövləni və ot bağlamalarını yandıran şəxs saxlanılıb.

DİN mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə ,19 sentyabr 2018-ci il tarixində Masallı rayonunun Səmidxan kəndində P. Nəzərova məxsus fərdi yaşayış evinin həyətində yerləşən üzərində ot bağlamaları yığılmış tövlədə yanğın baş verib və nəticədə ona 8 min manat dəyərində ziyan dəyib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tikilini qəsdən yandırmaqda şübhəli bilinən rayonun Səmidxan kənd sakini Cavid Qurbanov müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib və tövləni ban hissəsində yığılmış ot bağlamalarına alışdırıcı ilə od vurmaqla yandıraraq məhv etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 437