Gürcüstanda donuz qripindən ölüm halları artır


23:08     03 Yanvar 2019 2019/01/0712E807-C88A-45F8-AD65-BFCFF3E0EA12_1546542631.jpeg

Gürcüstanda qrip virusu geniş yayılıb. Son statistik məlumatlara görə, orta hesabla hər 100 min nəfərdən 276-sı qripdən əziyyət çəkir.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkkrelidze açıqlayıb. O deyib ki, Gürcüstanda yayılmış qrip virusunun 95 faizini H1N1 virusu - donuz qripi təşkil edir.

Amiran Qamkkrelidzenin sözlərinə görə, donuz qripindən ölənlərin sayı 6 nəfərə çatıb. Ölüm faktlarının 4-ü Acarıstan Muxtar Respublikasında, 1-i Tiflisdə, 1-i isə Kutaisidə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 277