Gürcüstanda donuz qripi: ölənlərin sayı artır


17:34     04 Yanvar 2019 19_01_04_1546605291.jpg

Gürcüstanda H1N1 (“donuz qripi”) virusundan ölənlərin sayı səkkiz nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu haqda “Newsru.com” məlumat yayıb.

Səkkiz ölüm halından dördü Acarıstan bölgəsində qeydə alınıb. Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi informasiyanı təsdiqləyib.

Mərkəzin açıqlamasına əsasən, ölən xəstədə qeyd olunan virusun simptomları aşkarlanıb. Pasiyent vaxtında xəstəxanaya müraciət etmədiyindən qriplə bağlı fəsadlaşmadan dünyasını dəyişib.

Acarıstan xəstəxanalarında hazırda 130 nəfər insan müalicə keçir, onların 18 nəfəri reanimasiya şöbəsindədir. Batumi tibbi yardım mərkəzinə gün ərzində 400-ə yaxın çağırış daxil olur.

Açar sözlər:

Oxunub: 320