Gömrükdə külli miqdarda siqaret və telefon aşkarlanıb
12:41 07 Yanvar 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar və 1400 ədəd "Gold Marlboro Edge" markalı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 500
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı