Quba polisi ovçunu saxladı


17:27     08 Yanvar 2019 qanunsuz%20ovcu.jpg

Qusarda qanunsuz ov edən şəxs saxlanılıb



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxs saxlanılıb.

Belə ki, Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən rayonun Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan bir ədəd “Churchill” markalı ov tüfəngləri götürülüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 269