Rusiya ordusunda xidmət edən erməni əsgər öldü


10:16     11 Yanvar 2019 19_01_11_1547187440.jpg


Ötən ilin noyabrında Rusiya ordusunda xidmət edən erməni çavuş Andranik Arustamyan ölüb.


Femida.az erməni KİV-ə istinadən xəbər verir ki, noyabrın 2-də baş verən hadisə Rusiya Müdafiə Nazirliyi tərəfindən gizlədilib.

Belə ki, rəsmi məlumata görə, Andranik Arustamyan Rusiya Ordusunun tərkibində Suriyaya göndərilmiş, orada tank əleyhinə minanın partlaması nəticəsində ölmüşdü.

Ancaq erməni əsgərin qohumları bu bəyanata şübhə ilə yanaşıblar. Onlar Andranikin daha öncə müəmmalı şəkildə öldüyünü iddia ediblər.

Amin

Femida.az

Açar sözlər: #əsgər   #Rusiya   #erməni   #ölüm  

Oxunub: 509