Yəməndə hücum nəticəsində 4 əsgər həlak olub, daha 17 nəfər yaralanıb


14:55     18 İyun 2022 22_06_18_1655533238.jpg

Yəmən ordusu husilərin atəşkəsi pozması nəticəsində 4 əsgərin öldüyünü, daha bir neçə əsgərin isə yaralandığını açıqlayıb.

Bu barədə Femida.az “Anadolu”ya istinadən xəbər verir.

Yəmənin Silahlı Qüvvələrinin mətbuat mərkəzindən verilən açıqlamada bildirilir ki, husilər aprel ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında əldə edilmiş atəşkəs razılaşmasını son 3 gün ərzində ölkənin müxtəlif cəbhələrində 288 dəfə pozub.

Məlumata görə, pozuntular orta və ağır silahlardan və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə hərbi mövqelərə zərbələr endirilməsi formasında baş verib.

Açıqlamada bu pozuntular nəticəsində Yəmən ordusunun 4 əsgərinin həlak olduğu, 17 əsgərin isə yaralandığı bildirilib.

Açar sözlər:

Oxunub: 1410