Siyəzəndə qadın faciəvi şəkildə öldü - YOLUN ORTASINDA


15:42     24 Yanvar 2019 piyada%20qadin.jpg

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən Femida.az-a verilən məlumata görə, yanvarın 23-də saat 17 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində kənd sakini N.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən həmkəndlisi Umusələmə Səlimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 448