Ağdaşda dayı bacısı oğlunu baltalayıb


15:09     24 May 2016 25362d897fd609a0b571f2dd6bd2059e.jpg

Ağdaş rayonunda dayı bacısı oğlunu baltalayıb.


Femida.az xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb. Mingəçevir şəhər sakinləri olan 1970-ci il təvəllüdlü İbrahimov Cavid Mayıl oğlu və onun bacısı oğlu, 1978-ci il təvəllüdlü Sofiyev Mustafa Rüfət oğlu Ağdaşın Kükəl kəndində spirtli içki qəbul edəndən sonra onların arasında münaqişə yaranıb. Cavid İbrahimov onu söyən bacısı oğlu Mustafa Sofiyevin başına, sifətinə və qollarına balta ilə bir neçə dəfə xəsarət yetirib.

Çoxlu qan itirən Mustafa Sofiyev təcili olaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mustafa Sofiyev əməliyyat olunub, vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Cavid İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1292