4 BMT sülhməramlısı öldürülüb


00:12     30 May 2016 9f8e83109808e7cc8fbe0d4404c13e20.jpg

Bu gün Malidə mina partlayışı və terror çuların hücumu nəticəsində ən azı 4 BMT sülhməramlısı həyatını itirib.


Femida.az -ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Malinin Mompi regionunda sülhməramlılar mina partlayışından sonra terrorçuların hücumuna məruz qalıblar.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11,2 min hərbçi və 1,44 min polis yerləşdirilib. BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə Fransa ordusunun 4 minlik kontingenti də var.

Açar sözlər:

Oxunub: 987