Müdafiə Nazirliyindən erməni mətbuatına CAVAB


15:34     23 İyul 2016 azerbaycan_mudafie_nazirliyi_220416_10.jpg

Ermənistan mətbuatının iyulun 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Qeyd olunub ki, Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.

Femida.az

Açar sözlər:

Oxunub: 2817