Ata övladının ad günündə özünü asdı - YENİLƏNDİ
15:10 12 Yanvar 2017
Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
Femida.az xəbər verir ki, Azər Süleymanov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahdan bir övladı var. Hadisə baş verən gün A.Süleymanovun övladının ad günü olub. Amma ata övladının ad günü mərasiminə qatılmayıb. Daha sonra isə həyat yoldaşı Günay Süleymanovun telefon zənglərinə cavab verməyib.
***
Bakıda intihar hadisəsi baş verib.
Nərimanov rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə rayonun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə qeydə alınıb. Yerli sakinlər polisə həmin tikilidə asılmış kişi meyitinin aşkarlanması barədə məlumat veriblər.
Həyata keçirilən tədbirlər nəticəsində intihar edən şəxsin Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov olması müəyyən edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 2323
Oxşar xəbərlər
- Ata oğlunu bıçaqladı - Balakəndə
- Atasını öldürən hakim qarşısında
- Ata və oğlunu bıçaqlayan şəxs saxlanılıb
- Ata həbsdə olan oğluna narkotik gətirərkən tutuldu
- Atasını yandıran şəxsə 19 il həbs cəzası verildi
- Atatürkün vəfatından 79 il ötür
- Atasının yadigarını polisə verdi - Nardaranda
- Ata qızını baltaladı - Şəmkirdə
- Ata-anasını öldürən şəxsin axtarışı davam etdirilir
- Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü