Ermənistan daha bir əsgərini itirdi


19:29     16 Yanvar 2017 77485_74zmtlkhyl.jpg

Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yanvarın 16-da, saat 12:35 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birinin əsgəri 1995-ci il təvəllüdlü Arayik İqor Sarkisyanın meyiti aşkar edilib.

Onun ağır güllə yarasından öldüyü bildirilir.

Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 11590