Bu prospektdə hərəkət məhdudlaşdırılır
22:50 27 Fevral 2017
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.
Femida.az-a "Azəravtoyol" ASC-dən daxil olan məlumatda bildirilir ki, bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti 28 fevral 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.
Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.
Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.
Qurum bu müddət ərzində yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Femida.az
Oxunub: 727
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI