Azərbaycanda deputatlara qadağa qoyulur
19:34 19 Aprel 2017
Milli Məclisin üzvünə kommersiya və digər bütün ödənişli fəaliyyətlə məşğul olmaq qadağan olunur.
Femida.az xəbər verir ki, bu, yeni hazırlanmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 5-ci (Vəzifələrinin icrası ilə bir araya sığmayan fəaliyyətin qarşısı alınması) maddəsində əksini tapıb.
Təklif olunan maddəyə əsasən, deputat vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat həyata keçirdiyi və ya nəzərdə tutduğu sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətin qanunvericiliyə uyğun olmaması ilə bağlı qənaətə gələ bilmədiyi halda Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun hərəkət etməlidir.
Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.
Femida.az
Oxunub: 5284
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO