Maliyyə sektoruna investisiya artıb


01:06     23 Aprel 2017 manat1.jpg

Azərbaycanda maliyyə sektoruna cari ilin birinci rübü ərzində 0,4 mln. manat həcmində investisiya yatırılıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, bu sahəyə sərmayə qoyuluşunda illik 2,6 dəfə artım qeydə alınıb. İqtisadiyyata məcmu sərmayə qoyuluşunda maliyyə sektorunun payı 0,01% təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 182,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0% çox vəsait yönəldilib.

Femida.az

Açar sözlər:

Oxunub: 688