Bu gün AŞPA-nın yaz sessiyası başlayır
14:58 24 Aprel 2017
Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır.
Femida.az-ın məlumatına görə, sessiya aprelin 28-nə kimi davam edəcək. Türkiyədə demokratik institutların fəaliyyəti sessiyanın əsas müzakirə mövzusu olacaq. Müzakirə olunacaq mövzular sırasında Şimali Qafqazda insan haqlarının vəziyyəti, gəlir bərabərsizliyinin artması, qadın qaçqınların genderlə bağlı zorakılıqdan müdafiəsi də var.
Yaz sessiyasında İspaniya kralı VI Filip və Yunanıstan prezidenti Prokopis Pavlopolusun çıxışları nəzərdə tutulub. Bundan başqa, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks 2016-cı il üzrə hesabatını təqdim edəcək. Bununla yanaşı, Kiprin xarici işlər naziri İonnis Kasoulides ölkəsinin Nazirlər Komitəsində sədrliyi ilə bağlı nitq söyləyəcək.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti artıq Strasburqdadır.
Femida.az
Oxunub: 728
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI