Azərbaycanda brakonyerliyə görə cərimələr artırılır


21:47     24 Aprel 2017 cerime7.jpg

Azərbaycanda brakonyerlik (balıq və başqa su heyvanlarını qanunsuz ovlama) ilə bağlı cərimələr bir neçə dəfə ağırlaşdırılır.


Femida.az-ın məlumatına görə, bu, Cinayət Məcəlləsinin 256-cı (Balıqları və başqa su heyvanlarını qanunsuz tutma) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən maddənin 1-ci bəndinin (Balıqların və ya başqa su heyvanlarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) sanksiyasında “100 manatdan 500 manata qədər” cərimə “2000 manatdan 3000 manata qədər” cərimə ilə əvəzlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 787