İŞİD-in `hərbi naziri` məhv edilib


18:50     24 May 2017 makhmour-iraq-isis-mosul-alice-martins.jpg

Suriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb.


"Reuters"in verdiyi xəbərə görə, Suriya dövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb.

Bildirilir ki, onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1116