Filippin lideri Putindən silah istədi


02:56     25 May 2017 1495645277.jpg


Filippin dövlət başçısı Rodriqo Duterte Filippinin Maravi şəhərinin qismən İŞİD nəzarətinə keçməsindən sonra Rusiya Prezidenti Vladimir Putindən kömək istəyib. Filippinin müasir silahlara ehtiyacı olduğunu söyləyən Duterte bunları ABŞ-dan istədiklərini, ancaq ABŞ ilə münasibətlərinin "hamar olmadığı" səbəbdən Rusiyaya ehtiyacları olduğunu bildirib.

500-dən çox İŞİD üzvünün hücumlar həyata keçirdiyi şəhərdə bəzi binalara İŞİD bayraqları asıləb, bir kilsəyə basqın edilərək, keşiş girov götürülüb. Şəhərdə İŞİD nəzarət nöqtələri qurulub. Rusiya səfərini yarıda qoyan Duterte Filippinə geri dönərək, ölkənin cənubunda hərbi vəziyyət elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 780