4 gün iş olmayacaq
14:55 25 May 2017
Azərbaycanda iyun ayında dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi ilə əlaqədar iş günlərində dəyişiklik edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iyunun 26-da və 27-də ölkədə Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günləri hesab ediləcək.
Lakin iyunun 26-sı həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olduğundan və həmin gün də qeyri-iş günü hesab edildiyindən təqvim üzrə iş günlərində dəyişiklik edilərək qeyri-iş günlərinin sayı artırılıb. Ramazan bayramının bir gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, iyunun 28-i də qeyri-iş günü olacaq. Beləliklə, iyunun 26, 27 və 28-i ölkədə qeyri-iş günü olacaq.
Həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə ardıcıl gəldiyindən ölkədə 5 günlük iş həftəsi ilə işləyənlər üçün 5 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.
Qeyd edək ki, 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar həmin gün də iş günü olmayacaq.
Femida.az
Oxunub: 11825
Oxşar xəbərlər
- 42 min müəllimin maaşı ARTIRILDI
- 4 nəfər xəstəxanalıq oldu, bir uşaq barmağını itirdi - Fişəngdən
- 40 min dəfədən çox pozuldu -ATƏŞKƏS
- 40 mindən çox adam Ermənistanı tərk etdi - 2017ci ildə
- 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib
- 44 yaşlı kişi özünü tut ağacından asdı - Bakıda
- 45 minə yaxın müəllimin maaşı artıb
- 48 yaşlı qadını it dişləyib
- 4800-dən çox sahibkara lisenziya verilib
- 42 günə Yer kürəsinə dövrə vurdu - REKORD