Misirdə 23 xristian öldürülüb
19:26 26 May 2017
Misirdə içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib, 23 nəfər öldürülüb.
Femida.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, terror aktı zamanı 25 nəfərin yaralandığı açıqlanıb. Minya şəhər valisi Əssam əl-Bedaivi koptların Qahirədəki monastıra gedərkən hücumə məruz qaldıqlarını bildirib.
Hələlik hadisəni heç bir terror təşkilatı üzərinə götürməyib.
Qeyd edək ki, ötən ay ölkənin Tanta şəhərində koptların kilsəsində, polis şöbəsində və İsgəndəriyyə şəhərində bir kilsədə törədilən terror aktlarını İŞİD-in təşkil etdiyi açıqlanmışdı. Həmin hadisələrdə 40-da çox adam ölmüşdü.
Femida.az
Oxunub: 966
Oxşar xəbərlər
- Misirdə 30 terrorçu məhv edilib
- Misirdə üçgünlük matəm elan olundu
- Misirdə 29 nəfər saxlanıldı
- Misirdə dəhşətli terrorun qarşısı alınıb
- Misirdə Dünya Gənclər Forumu keçiriləcək
- Misirdə yol qəzası - 16 ölü
- Misirdə ara qarışdı - 58 ölü, 15 yaralı var
- Misirdə 11 terrorçu ölüm cəzasına məhkum edilib
- Misirdə 7 terrorçu məhv edildi
- Misirdə avtobus qəzası - 5 ölü