Nazir vətəndaşları qəbul edib


19:07     22 İyun 2017 rsl-8090.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə yerli, eləcə də Naftalan şəhəri, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.


Femida.az xəbər verir ki, nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Gəncə şəhərindən qəbula yazılan vətəndaşlar respublikada park heykəltəraşlığının inkişaf etdirilməsi, modern heykəltəraşlıq nümunələrinin yaradılması, mədəniyyət müəssisələrinə səhnə avadanlıqlarının verilməsi, Gəncə Dövlət Dram Teatrında Teatr muzeyinin yaradılması barədə xahişlərini diqqətə çatdırıblar.

Naftalan sakinləri şəhərdə Tarix-Diyarşünaslıq Muzeyinin tikilməsi, Uşaq İncəsənət Məktəbinə yeni musiqi alətlərinin verilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 941