Ağstafada “Qrad”raketi tapıldı


01:20     23 İyun 2017 anama%20cebhe.jpg

Ağstafanın Saloğlu kəndində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 122 mm-lik “Qrad”raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.


Bu barədə Femida.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən bu il yanvarın 1-dən bu günə qədər 5 779 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 595