Ermənistan tərəfi yalan məlumat yayır - Nazirlikdən cəbhə ilə bağlı açıqlama


12:51     23 İyun 2017 azerbaycan_mudafie_nazirliyi_220416_10.jpg

Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribat yönümlü yaydığı məlumatlarına cavab verib.


Müdafiə Nazirliyindən Femida.az -ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə etmişdir.

Xatırladaq ki, Ermənistan guyə Azərbaycan tərəfinin hücum etməsi və itki verməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.Düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3879