Pakistanda ölənlərin sayı 73-ə çatdı


21:45     24 İyun 2017 1408428176_pakistanda-mekteb-ushaqlarini-dashiyan-avtobus-partladi-cenubnews.jpg

Pakistan törədilən üç terror aktı nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.


Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Bundan terror aktları nəticəsində 61 nəfərin öldüyü bildirilib.

AP yazır ki, Paraçinar şəhərində törədilən partlayışlar nəticəsində 55 nəfər dünyasını dəyişib.

Yerli xəstəxananın nümayəndəsi deyib ki, tibb ocağına indiyədək 260 nəfər müraciət edib ki, onların əksəriyyətinin vəziyyəti kritikdir.

Həmin gün Belucistanın Kvetta şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər dünyasını dəyişib.

Karaçi şəhərində isə silahlı insident nəticəsində 4 əsayiş keşikçisi ölüb.

Açar sözlər:

Oxunub: 760