Pakistanda daha bir terror - 6 uşaq öldü


22:39     25 İyun 2017 pakistan%20olenler9.jpg

Bu gün Pakistanın şimal-qərbində uşaq oyuncağına bənzəyən partlayıcı qurğu işə düşüb, 6 uşaq ölüb.


Femida.az -ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Cənubi Vəziristanın kəndlərindən birində, Əfqanıstan sərhədi yaxınlığında baş verib.

Bomba-oyuncağın partlaması nəticəsində yaşı 12-ə qədər olan 6 uşaq həyatını itirib, 2 uşaq ağır yaralanıb.

Açar sözlər:

Oxunub: 679