Mosulda güclü partlayış - 12 nəfər öldü


01:05     26 İyun 2017 mosul85.jpg

Mosulda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.


Bu barədə İraqın hərbi həkimlərinə istinadən "Frans Press" məlumat yayıb.

Hadisə Maşahda məhəlləsində baş verib. Terrorçu-kmikadze mühasirədə olan şəhəri tərk etmək istəyən qaçqın kütləsinin arasında özünü partladıb.

"Kamikadze bir qrup insanın arasına girərək özünü partladıb ki, onlar bizim hərbçilərə gedib çata bilməsinlər", - deyə İraq ordusunun nümayəndəsi bildirib.

Hərbi həkimlərin məlumatına görə, xəsarət alanlar arasında qadınlar və uşaqlar var.

Femida.az

Açar sözlər:

Oxunub: 755