Keçmiş məhkumu öldürüb qamışlığa atdılar - Qıza görə


17:00     29 İyun 2017 meyit%20mese.jpg

Sumqayıtda törədilmiş qətlin üstü açılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Şəmkir rayonu ərazisində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2210